Misli Premyer Liqasının XXI turunda "Karvan-Yevlax"la keçirilən oyundan sonra mətbuat konfransında baş məşqçimiz Andrey Demçenkonun səsləndirdiyi fikirlər: "Futbolçulara oyunun çətin olacağını demişdim. Çünki "Karvan-Yevlax"ın itirəcəyi heç nə yox idi. Onlar sona qədər mübarizə aparacaqdılar. 
Birinci hissədə taktiki baxımdan planlaşdırdıqlarımızı reallaşdıra bilmədik. Yenə də səbirli olduq və əks-hücumda qol vurmaq üçün şansımızı yaxaladıq. 
İkinci hissədə bir qədər fərqli oynadıq. Çalışdıq rəqibə boş zona verməyək".